2022-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.
“GPS Baku” komandasının başlıca məqsədi istənilən müştərinin tələbatını maksimal həddə ödəyə biləcək nəqliyyat vasitələrinin yüksək keyfiyyətli monitorinq və nəzarət sisteminin yaradılmasıdır.
Biz bazarı öyrənərək, hər bir alt sistemi üçün ən mükəmməl həlləri götürüb birləşdirmişik və bu gün öz müştərilərimizə hazır, konkret məqsədlər üçün optimallaşdırılmış həllər təklif edirik.
Şirkət daim öz məhsullarını və həllərini təkmilləşdirir, istənilən biznes sahəsində istifadə üçün nəzərdə tutulmüş yeni təkliflər hazırlayır.
“GPS Baku” şirkətinin işçiləri İT, GIS, M2M, GPS və naviqasiya sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssis və ekspertlərdir.

Missiyamız
Müştərilərimizin avadanlıqlarının və nəqliyyat vasitələrinin vəziyyətini real vaxt rejimində izləmələrinə kömək edərək onların təhlükəsizliyini və effektivliyini artırmaq. Yenilikçi GPS texnologiyaları ilə bizneslərə tam nəzarət və məlumatlı qərarlar vermək imkanı yaratmaq.
Dəyərlərimiz
Etibarlılıq, dəqiqlik və müştəri məmnuniyyəti prinsiplərini rəhbər tutaraq, ən müasir izləmə həllərini təqdim etmək. Texnoloji yenilikləri davamlı olaraq izləyərək və tətbiq edərək müştərilərimizin etimadını qazanmaq.
"Avtonəqliyyatın vəziyyətini izləmək və idarə etmək üçün müasir GPS cihazlarının quraşdırılması ilə müştərilərimizə daha güvənli və effektiv iş şəraiti təmin edirik.”

Yusif Yusubov, CEO