
Avtonəqliyyata və taksi
parklarına nəzarət
Bizim GPS izləmə xidmətlərimiz avtonəqliyyat və taksi parklarına tam nəzarət imkanı verir. Real vaxt rejimində hərəkəti izləmək, ətraflı hesabatları əldə etmək və marşrutları optimallaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu, nəqliyyat vasitələrinin təhlükəsizliyini və əməliyyat səmərəliliyini artırmaqla yanaşı, yanacaq xərclərinin azalmasına da kömək edir.

Generatorlara və stasionar
obyektlərə nəzarət
Stasionar obyektlər və generatorlar üçün müasir GPS izləmə sistemləri təklif edirik. Bu sistemlər vasitəsilə avadanlıqların iş vəziyyətini, enerji istehlakını və potensial nasazlıqları uzaqdan izləyə bilərsiniz. Beləliklə, texniki xidmətlər vaxtında yerinə yetirilir və avadanlıqların fasiləsiz işləməsi təmin olunur.

Kənd təsərrüfatında işlənən
yük maşınlarına nəzarət
Kənd təsərrüfatı sahəsində istifadə olunan yük maşınlarına GPS izləmə sistemləri quraşdıraraq, onların iş proseslərini daha effektiv idarə etməyə kömək edirik. Bu xidmət vasitəsilə texnikanın harada olduğunu, texnikanın motosaatına və neçə hektar ərazi keçdiyinə dəqiq nəzarət edə bilərsiniz. Bu da öz növbəsində məhsuldarlığı artırır və əməliyyat xərclərini azaldır.

Ölkə xarici (rouminq)
avtonəqliyyata nəzarət
Yük maşınları və ya digər nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhədlərini keçdikdə, biz sizə roumingdə izləmə imkanı təqdim edirik. İstənilən yerdə və istənilən zamanda nəqliyyat vasitələrinizin yerini, sürətini və digər mühüm məlumatları real vaxt rejimində izləyə bilərsiniz. Bu, sizə nəqliyyat vasitələrinizin təhlükəsizliyini və idarəolunmasını təmin edəcək.